SÜRGÜN UMUDLAR

0 - Yorum Yap
Stok Kodu
SC255
YAZAR ADI
Eldar QARADAGLI
EBAT
15 x 21
SAYFA SAYISI
614
ISBN
978-975-2405-84-4
BASIM YILI
2017
KAĞIT
Enso
EK ÖZELLİK
285. Yayın
BASKI
UZUN DİJİTAL
TEMEL ALAN
FİLOLOJİ
BASKI SAYISI
1. Basım
KİTABIN DİLİ
AZERBAYCAN TÜRKÇESİ
%20
147,00 TL
117,60 TL
117,60 TL den başlayan taksitlerle!
Tahmini Kargo: 3 - 5 iş günü

Sayın oxucum!
Əlinizdə bulunan bu roman, doğrudan yaşanmış və yaşanmaqda olan yenilmiş bir ulusun öyküsünün ufacıq örnəyidir. Bu roman, topluca danılmış ulu bir varlığın dumanlı çənbərəsindən geriyə qalan eşsiz bir tablu örnəyidir.
Tarix boyunca, lənətlənmiş bir bölgənin ortasında yerlşən Azərbaycan vətəni, payına düşən sami alt duyudan (zehniyyət) boyun qaçıra bilməmişdir. Bu alt duyuya görə, insana ülkü odağı gərəkməz! Çünki, insanın gərəkən yaşam ülküsü, görünməz alın yazısı kimi öncədən biçimlənmişdir! Bu üzdən, insanın biçimlənmiş alınyazısı, insan ötəsi bir dəyişməzlikdir. Biz, istəsək də, istəməsək də, bu sami anlayışına bulaşmış bölgəsəl insanlarıq! Bu bölgənin ülkü yoxsunluğu ilə yanaşı, həm də çox zəngin torpaqları vardır. Bu isə, bilib-biləni sömürgəçi batı dövlətlərinin tükənməz ehtrasının daha da böyüməsinə nədən olmaqdadır.
Bölgə insanı heç bir dəyərə malik olmazkən, onun yeraltı-yerüstü zəngin torpaqları sömürgəçi güclərin göz bəbəginə çevrilmişdir. Bu üzdən, yerli insan düşünün geri saxlanılması, batı üçün təhdid yox, tərsinə böyük qazanc sayılır. Bundan ötürü, bölgə insanını qaranlıqda saxlamağa çalışan batı sömürgəçiliyinin bitməz 
duzaqları gecə-gündüz iş başındadır. Aydınlıq, özgürlük və bağımsızlığa qarşı süslənmiş saysız pusquların bütün boyıtları yaşadığımız torpaqlarda uyğulanmaqdadır.
Sözsüz ki, sömürgə stratejisinin ilk amacı, sömürülən torpaqlardakı insanların qafa qarışıqlıqıdır. Bu stratejinin olqulanması ilə assimilasiya və elinasiya sürəcinin uğur qazanması qaçırılmaz olur. Çünki, bu aşamadan sonra, bilinən toplumun bir araya gəlməsi olduqca çətin və əngəlli olur. Belə olunca, hədəf tüşü olmuş toplumun milli inancı ən ufaq dış basqılar sarından sarsıntıya uğrarkən kimlik böhranı cizgisi yaranar. Bu isə, bir toplumun ulusal ülküsünün sıradan çıxmasının göstərgəsidir.
Azərbaycan türklüyü uzun zamandan bəri belə bir dağınıq düşüncə içində qıvrılıb qalmaqdadır. Dumanlaşmış milli qafanın adı nə olursa olsun, sonucu ulusal yenilgidir. İslam ümmətçiliyi, fars şiəçiliyi, İran türklüyü, Azəri dili və milləti, bölgəçi və yerliçilik kimi millət altı, millət üstü pusquların türk kimliyinə qarşı yan-yana düzülməsinin təkcə amacı sömürgəçilikdir!
"Azərbaycan Türk Milləti"nin qafa qarışıqlığındakı London və Moskova rolları da unudulmamalıdır. Biri uzaqdan, biri isə qulağımızın dibində çeşidli kor alanlarımızı genişləndirməyə çalışırlar. Tarix boyu, bu iki dövltin türklərə qarşı xoşgörüsü olmamışdır. 
Özəlliklə ingiltərənin Azərbaycan türklərinin şiə çalarından yararlanması geniş inaq və xurafat açılımına nədən olmuşdur. İnaq və xurafat, başlı-başına büyük ulusal uğursuzluqdur!
Sözsüz ki, türklərin farslara inanmasının kökündə də şiə inancının önəmli yeri vardır. İran adlanan yerdə yaşayan Azərbaycan türklərinin farslarla eyni inancda olmasının ən ağır darbası türk ülküsünədir. Məzhəb görüntüsü üzündən İran adlanan yerdə yaşayan Azərbaycan türklərinin şiə məzhəbinə bağlanması ilə panfarsızm ideyasının türklərə qarşı qullanılması ap-aydın gözüşür.
Bu stratejiyə görə, iran adlanan dövlət sınırlarında yaşayan Azərbaycan türklərinin, türk dünyasından qoparaq iran şiə türklüyünə vəya şiə Azəri qondarmalığına sürüklənməsi qolaylaşır. Göründüyü kimi, məzhəbsəl qafa qarışımının qarşısında, ulusal kimliyin dirəniş gücü dərin əngəllərə uğrayır. Çünki, siyasiləşmiş şiə üçün kütlənin dünyəvi ülküsü deyil, dünya ötəsi inaqlı və xurafatçı inancı gərəkir.
Tarix sürəcində, çeşidli yöntəmlər üzündən türklərin milli iradəsi sərt sarsıntılar yaşasa da, ayaqda durmağı bacarmışdır. Çində uyğurlar, Orta Asiyada rus istilasına qarşı dirənən Tatar və çox saylı türk topluluqları, İraqda, Suriyada Ərəb hegomonluğunun milli əritməsinə tuş gəlmiş türkmanlar, yenə rusların gərnəşmə stratrjisinə uğramış Quzey Azərbaycan türkləri örnək veriləcək milli 
dirənişlərin yeniş-yoxuşlu tablosudur. Ancaq, Güney Azərbaycanın durumu bunların hamısının üstündədir. Belə ki, burada çoxunluq olaraq azınlıq siyasəti altında əzilən bir gərçəklik vardır. Açıqcası, biz Güneydə iraniləşmə və farslaşma projəsinə yenik düşmüşük. Qıssa sözlə, şiə zehniyətli ümmətçilik ilə irançılıq və farsçılıq eşləşərək, tam bir antitürk və antiazrbaycan rasist ideolojik sentezi olaraq kül edici volkan kimi, üzərimizə ağnamaqdadır.
Ümmətçilik, üzdə soykökün, dilin, ulusun, torpağın, milli kimliyin, ulusal ülkünün ötəsindən olan ilahi inanc kimi gözüşsə də, gərçək kimliyi ilə bir qatı şiə-farsçı məzhəbsəl dövlət ideolojisinin özül daşıdır.
Azərbaycan vətəni, şiəçiliyin ümmətçi qafasına tutulan düşünsəl və fiziksəl bir əsir toplum örnəyidir.
Azərbaycan türk ülküsünün iflic duruma düşməsinin çoxlu nədənlərindən sadəcə birini sizinlə paylaşdım. Önümüzdə duran bir çox örnəyin psixolojik tərəfinə gəlincə, toplumu irəliyə sürəcək olan aydınların rolunu görməməzlikdən gəlmək olmaz. Güney Azərbaycan bu yöndə olumsuz tablo sərgiləyənlər sırasındadır. Çaş-baş qalmış aydın kəsimin yolbaylığı quyunun dibidir!
Azərbaycan Milli Hakimitinin siyasal iqtidarı olan Azərbaycan Demokrat Firqəsinin acı taleyi də ulus-ölkə faktından fərqli deyil! ADF-nin içində bulunan farsçı, rusçu çalarların sonunda nə oldusa türk kimliyinin basılmış ülküsünə oldu! Hakimiyyət dağıldı, düşmən millətimizə və vətənimizə qan qusdurdu. Ancaq, bunlardan daha önəmlisi dirəniş simgəmiz olan – ADF tərəfindən gizli saxlanılan, ulusal kimliyimiz – Türklüyümüz- öksüz, kimsəsiz və yetim buraxıldı! 10 minlərcə ölüm, 100 minlərcə qaçqın, gözdən uzaq düşən saysız sürgün və ulusal türk ülkünün rus dostluğuna qurban kəsilməsi, Azərbaycan türklüyünə kəsilən ən ağır fatura oldu!
Sayğılı oxucum!
Bu roman, yaxın keçmişimizin real tablosudur. gərçəklərilə, qurqularıyla Güney Azərbaycanda yaşanan böyük insanı faciənin yalnız kiçik bir görüntüsüdür.
Dil, yazı və cümlə qürülüşüna gəlincə, ən azından Azərbaycan və Türkiyə də anlaşılan öz türkcəmizin yabancı sözcüklərdən arınmış biçiminin düşüncəsindəyəm.
Romanın yazı yöntəmi, Quzey Azərbaycandakı bəzi alışqan sovetçi dilçiləri tədirgin etsə də, geniş türkçü gəncliyin bəyənməsini umuram.
Bu romanın yazılmasında məni motiv edən sürgün qurbanısı – rəhmətli Cəvanşir bəyə, vəfa borcumu dilə gətirirəm. 
Habelə, sevilən milli-siyasi bir türk olaraq məni bu romanın yazmasında irəli sürən Rza Sələhşur bəyin böyük ruhu qarşısında baş əyirəm. Yenə də, uzun yaşam yolunda məni qoruyub-qollayan canım eşim Azər xanıma və mənəvi gücü ilə Güneyimizdən ürəyimə ülkü işığı saçan qocaman milli mucahid qardaşım Həsən Dəmirçi (Hərgüli) bəyə sevgilərimi bildirirəm.
Ayrıca romanın redakturu sevimli Ramizə Fərəcova xanıma və romanın edit, düzən, dizayn işlərini üstələnən Əli Urman bəyə apardığı milli davada uğurlar diləyirəm. Son olaraq kitabın ilk basımında əmək verən Akademik Center Yayım Evinə, habelə bundan sonrakı basımlarda yardımçı olacaq hüquqi, həqiqi hərkəsə minnətdar olduğumu bildirirəm.
Eldar Qaradağlı

 

Bu ürüne ilk yorumu siz yapın!
SÜRGÜN UMUDLAR SONÇAĞ AKADEMİ TA FİLOLOJİ , AKADEMİK Marka SONÇAĞ AKADEMİ Stok Kodu SC255 YAZAR ADI Eldar QARADAGLI ISBN 978-975-2405-85-1 Kitabı en uygun fiyat seçenekleri ile alabilirsiniz. SC255
SÜRGÜN UMUDLAR

Tavsiye Et

*
*
*
IdeaSoft® | Akıllı E-Ticaret paketleri ile hazırlanmıştır.